Elektron yerdəyişməsi təsdiq olunan əkiz uşaqlardan biri 45 nömrəli məktəbə götürülsə də, digərinə məktəb tərəfindən imtina verilib.
Paytaxt sakini Xəyalə Səlimova iddia edir ki, övladlarının elektron yerdəyişmə ilə 5-ci sinfə qəbulu üçün onlayn şəkildə sorğu göndərib.
Valideyn iddia edir ki, uşağına 45 nömrəli məktəbin eyni anda 2 sinfindən qəbul üçün təsdiq gəlib, lakin məktəb rəhbərliyi valideyndən sorğudan imtina etməsini istəyib.
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, səsləndirilən iddialar doğru deyil.