Bakıda evə basqın edənlərə hökm oxunub. Bu haqda Report 21 fevral tarixində xəbər verib.
2021-ci ilin mayında Sabunçu rayonunun Maştağa qəsəbəsində vətəndaşın bədəninin müxtəlif nahiyələrinə dəmir linglə və bıçaqla xəsarətlər yetirib quldurluq yolu ilə əmlakını ələ keçirməyə çalışan Gəncə şəhər sakini S.Əsədova və paytaxt sakini D.İbrahimova barəsində məhkəmə qərar verib.
Onlar 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hadisə zamanı S.Əsədova və D.İbrahimova oradan uzaqlaşan zaman evdən zərərçəkənə məxsus “Mitsubishi” markalı avtomobilin açarlarını götürmüşdürlər.