Bakıda qəza olub, yollarda sıxlıq yaranıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 8 iyun tarixində xəbər verir.
Paytaxtın Abdulvahab Salamzadə küçəsində Ziya Bünyadov prospekti istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. “Ravon” markalı avtomobillə “Kia” markalı nəqliyyat vasitəsi toqquşub.
Hadisə yolda sıxlığın yaranmasına səbəb olub.