Xətai rayonunda yük maşını piyadanı vurub. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Yol-nəqliyyat hadisəsi "Həzi Aslanov" metro stansiyasının yaxınlığında qeydə alınıb. Burada 54 yaşlı Maqsud Məmmədov yolu keçən zaman onu kiçiktutumlu yük maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.