Bakının Kənar Dairəvi yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
“NazLifan” markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman “UAZ” markalı nəqliyyat vasitəsinə çarpılıb. Qəzanın ara məsafəsinin düzgün saxlanılmaması səbəbindən baş verdiyi bildirilir.
Qəza nəticəsində yolda sıxlıq yaranıb. Faktla bağlı araşdırma aparılır.