Sabunçu rayonu Kürdəxanı qəsəbəsində qonşusunu bıçaqlamaqda şübhəli bilinən Oruc Maşayevin ibtidai istintaqı sona çatıb və cinayət işi məhkəməyə göndərilib. Bu barədə Report xəbər verib.
Cinayət işinə hakim Səbuhi Hüseynov tərəfindən baxılacaq. Məhkəmə iclasının vaxtı hazırda məlum deyil.
Hadisə 4 avqust günorta saatlarında Kürdəxanı qəsəbəsində baş vermişdir. 31 yaşlı Oruc Maşayev qonşusu Gülbala Əmirova 3 bıçaq zərbəsi endirmişdir. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdir.