Sabunçu rayonunda dənizdə batan şəxsin axtarışları aparılır. Bu haqda 20 iyul tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Kürdəxanı qəsəbəsində dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə FHN-nə məlumat daxil olub. Hadisə yerinə FHN-in dalğıc-axtarış qrupu cəlb olunub.
Axtarışlar davam edir.