Bakıda kütləvi dava bıçaqlanma ilə nəticələnib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
25 yaşlı Mürşüd Dəmirov aralarında yaranan mübahisə zamanı 23 yaşlı Səfiyar Quluzadəni döş qəfəsindən bıçaqlayıb. Həmin şəxsləri ayırmağa çalışan 22 yaşlı Kamran İbrahimov isə qarın nahiyəsindən bıçaq zərbəsi alıb.
Faktla bağlı cinayət işi açılıb. Hazırda Mürşüd Dəmirovun axtarışları aparılır.