Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində açıq ərazidə yanğın baş verib. Bu haqda məlumatı bu gün, 13 iyul tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti verib.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar, qısa müddət sonra yanğın lokkalaşdırılaraq söndürülüb.
İlkin məlumata görə, təqribən 1 hektar ərazidə qamışlıq yanıb.