Lökbatan qəsəbəsi yaxınlığında dənizdə batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
16:10 - Lökbatanda dənizdə insan batıb
Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər boğularaq ölüb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-nin "Bakı" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.