Bakının Qaradağ rayonunda yol qəzası baş verib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə Əlatdə, “4 yol” adlı ərazidə qeydə alınıb. “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək reklam lövhəsinə çarpılıb. Zərbənin gücündən avtomobil 2 hissəyə bölünüb və alışıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
View this post on Instagram