Bakıda polis əməliyyat keçirib - 40 nəfər saxlanılıb. Bu haqda 29 yanvar tarixində Daxili İşlər Nazirliyi məlumat verib.
Sabunçu rayonu Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin satışı ilə məşğul olan daha 40 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Faktlarla bağlı araşdırma davam edir.