Bakı və respublika ərazisində silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Avqustun 16-da polis əməkdaşları paytaxt və ölkənin müxtəlif rayonlarında 2 avtomat silahı, 2 tüfəng, 2 patron darağı və 49 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.