Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində xeyriyyə qutusu oğurlanıb. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Zakir Əliyev qəsəbə ərazisində yerləşən marketlərin birindən içərisində 400 AZN olan xeyriyyə qutusu oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırmalar davam edir.