Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 Saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan gənc oğlan tibb müəssisəsindən qaçıb. Bu haqda 11 fevral tarixində APA məlumat yayıb.
Qeyd olunur ki, 20 yaşlı Ələkbər Babayev fevralın 10-u səhər saatlarında itkin düşüb.
Oğlanın atası Hüseyn Babayev övladının itkin düşməsi ilə bağlı Sabunçu RPİ 14-cü polis bölməsinə müraciət etdiyini bildirib.
İtkin düşmüş şəxslə bağlı hər hansı məlumatı olan şəxslərdən (055) 895-46-76, (055) 515-16-90 telefonlarına zəng etmələri xahiş olunur.