Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 21 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Maştağa qəsəbəsi ərazisində iyunun 20-də qəsəbə sakini F.Mirzəyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən həmyerlisi Kəmalə Abbasovanı vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.