Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Ordubad rayon sakini Damət Nəcəfli idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən 54 yaşlı Tahirə Əsgərovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Qəzadan sonra eyni istiqamətdə hərəkətdə olan “Renault”, “Mercedes”, “Mitsubishi” və “Opel” markalı nəqliyyat vasitələri toqquşublar. Nəticədə Rahim Hüseynovun sürücüsü olduğu “Opel” markalı avtomobil yol kənarında dayanan Eminbəy Əlizadəni vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar davam edir.