Bakının Binəqədi rayonu, Moskva prospektində iki avtomobil toqquşub. Bu haqda bu gün, 13 yanvar tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Hadisə Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. “Toyota Prius” markalı avtomobil qarşıda eyni istiqamətdə hərəkət edən “BMW” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Qəza səbəbindən “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq yaranıb.