Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin dekan müavini Fövzü Quliyev faciəvi şəkildə dünyasını dəyişib. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az Unikal.az-a istinadən məlumat verir.
Quliyev tikintisi davam edən iaşə obyektinin damından yıxılaraq ölüb.
Verilən məlumata görə, hadisə o, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin Müayinə qrupunun aparıcı mütəxəssisi olaraq, Biləsuvar rayonu ərazisində vəzifə səlahiyyətlərini icra edərkən baş verib.
Son zamanlarda F.Quliyev, həmçinin “İnşaat” Fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.