Paytaxtın Nərimanov rayonu, Heydər Əliyev 109 ünvanında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
“Toyota”, “KİA” və “Opel” markalı avtomobillər toqquşublar. Hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. “Opel”in sürücüsü hadisə yerindən qaçıb.
Təfərrüatlar araşdırılır.