Paytaxtın Nərimanov rayonunda inzibati binada yanğın baş verib. Bu haqda bu gün, 15 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Dördmərtəbəli binanın ümumi sahəsi 24 kv.m olan zirzəmisi alışıb. Nəticədə 60 ədəd akkumulyator, 2 ədəd kondisioner və elektrik kabeli yanıb. Binanın digər hissələri və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.