Bakının Nərimanov rayonunda meyit tapılıb. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cəsədi aşkarlanıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.