Paytaxtın Nəsimi rayonunda qanunsuz ağac kəsimi aşkarlanıb. Bu haqda bu gün, 22 sentyabrda Ekologiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ceyhun Səlimov 17 ünvanında ağacların qanunsuz kəsilməsiylə bağlı şikayət daxil olub. Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları ərazini araşdırdıqları zaman təbiətə 14.100 manat ziyan dəydiyini müəyyən ediblər.
Faktla bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Bundan əvvəl, 20 sentyabr tarixində Binəqədi rayonunda ağacların qanunsuz kəsilməsiylə bağlı Ekologiya Nazirliyinə şikayət daxil olmuşdur.