Bakının Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 24 ünvanında güclü külək ağacı elektrik xəttinin üzərinə aşırıb. Bu haqda bu gün, 29 noyabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə bir neçə gün əvvəl aşmış və iki gün ərzində eyni vəziyyətdə qalmışdı.
Ötən gün Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları əraziyə baxış keçirərək ağacı ərazidən götürüb, onun yerində yeni şam ağacı əkiblər. Ağaca zəruri olan agrotexniki qulluq göstərilib.
[caption id="attachment_121459" align="alignnone" width="640"]
Foto Oxu.az[/caption]