Bakının Nəsimi rayonunda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 23 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, sözügedən ərazidə yerləşən mənzillərin birindən qızıl-zinət əşyaları, sənəd və bank kartı oğurlanıb. Daha sonra həmin bank kartından 3000 manat pul çıxarılıb.
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əli Xuduyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.