Bakının Nəsimi rayonunda növbəti iməcilik keçirilib. Bu haqda bu gün, 27 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə (RİH) isitnadən xəbər verir.
Keçirilən təmizlik-abadlıq işləri çərçivəsində parklarda, rayonun prospekt və küçələrində, yollarda, həmçinin dayanacaqlarda bordürlər, işıq dirəkləri, eləcə də yol kənarındakı məhəccərlər və məişət tullantıları konteynerlərinin ətrafı yuyulub.
Sözügedən işlər BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin Azərbaycanda keçirilməsi ilə əlaqədardır.