Bakıda iki piyadanı avtomobil vurub. Bu haqda 24 mart tarixində Report məlumat verib.
Nəsimi rayonunda 78 yaşlı Rüfət Rəsulzadə yolu keçən zaman onu avtomobil vurub. Yaralı sağ pəncənin sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Yasamal rayonunda yolu keçən 38 yaşlı Aynurə Şahmalıyevanı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı araşdırma davam edir.