Bakıda dələduzluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyi xəbər verir ki, Yasamal və Nəsimi rayonları ərazisində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən 32 yaşlı E.Niftəliyev, 32 yaşlı E.Həsənov, 46 yaşlı L.Vəliyeva və 32 yaşlı N.Mustafayeva tutulublar. Onlar ümumilikdə 9110 AZN məbləğində dələduzluq etməkdə şübhəli bilinilər.
Faktlarla bağlı araşdırmalar davam edir.