Nəsimi rayonunda parkdan oğurluq edilib. Bu haqda bu gün, 6 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Füzuli Soltanov rayon ərazisində yerləşən parkaların birindən 2 nəfərin içərisində mobil telefon olan çantalarını, eləcə də digər yerlərdə bir nəfər şəxsin mobil telefonunu, digər şəxsin isə velosipedini oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.