Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Nardaran-2” sularda xilasetmə məntəqəsinin ərazisində və “Qobustan” sularda xilasetmə məntəqəsindən kənarda, qeyri-çimərlik ərazisində 2 nəfər batma təhlükəsi ilə üzləşib.
Hadisə yerlərinə FHN-in əməkdaşları cəlb olunaraq batan şəxsləri xilas ediblər.