Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.
Bakuplus.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bankəp qəsəbəsində baş verib.
Avtomobillərin toqquşması nəticəsində Neftçala rayon sakinləri, 65 yaşlı Məhluqə Əbil qızı İsayeva, 62 yasşlı İradə Həsənbala qızı İbrahimova, 36 yaşlı Fərrux Ölməz oğlu Lalayev və Bakı şəhər sakini, 74 yaşlı Gülxəndə Həsənbala qızı Axundova müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.