Bakıda məşhur restoranda toydan çıxan şəxslər əlbəyaxa olublar. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Bakıda "Niaqara" şadlıq sarayının qarşısında baş verən davada iştirak edənlərdən biri müəyyən olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır:
"Davada iştirak edən şəxslərdən biri, 43 yaşlı M. Həsənov müəyyən edilib və izahatı alınıb. Araşdırmalar davam edir".