Nizami rayonunda qadını avtomobil vurub. Bu haqda 6 aprel tarixində Report məlumat verib.
“Neftçilər” stansiyasının yaxınlığında avtomobil yolu keçən 36 yaşlı Zərifə Nuriyevanı vurub. Yaralı sol tərəfli oturaq və qasıq sümüklərinin sınıqları diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.