Paytaxtın Nizami rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 5 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Xaçmaz rayon sakini Oqtay Rüstəmov yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçən zaman onu avtomobil vurub. Nəticədə O.Rüstəmov hadisə yerində dünyasını dəyişib.
Hazırda sürücünün axtarışları davam edir.