Bakıda yeniyetmə oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 15 sentyabr tarixində xəbər verir.
Paytaxtın Nizami rayonunda, “Qara Qarayev” metro stansiyasının yaxınlığında 14 yaşlı Əli Əlizadə yolu keçərkən onu avtomobil vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.