Paytaxtda oğurluq hadisəsi baş verib.
Bakuplus.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 9-da Binəqədi rayonu ərazisində bir nəfərin bank kartının oğurlanması və həmin kartla alış-veriş olunması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş S.Əhmədov saxlanılıb.
Araşdırma aparılır.