Sabunçu rayonunda axtarışda olan şəxs tutulub. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun Kürdəxanı qəsəbəsində baş verib. Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Rüstəm Əzizov adıçəkilən qəsəbədə evdən 3000 AZN dəyərində mobil telefon, notbuk, qızıl üzük və qol saatı oğurlamaqda şübhəli bilinir.
Onun barəsində arşadırmalar davam edir.