Daxili İşlər Nazirliyi kiberdələduzluqlarla bağlı xəbərdarlıq edib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az quruma istinadən xəbər verir.
Bildirilir ki, onlayn oğurluq halları sürətlə artmaqdadır. Bununla bağlı qurum əhalini diqqətli olmağa çağırır:
“WhatsApp, Telegram, Signal, Messenger üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun”, – deyə müraciətdə bildirilib.
“Bankdandır, kartınıza müdaxilə var”, “satdığınız əşyaya görə beh ödəmək istəyirik” adı altında iyulun 6-7-si tarixlərində ayrı-ayrı şəxslərin ümumilikdə 89.000 AZN-dən artıq pulları mənimsənib.
Vətəndaşlara çağırış edilir ki, tanımadıqları, naməlum şəxslərə inanmasınlar, şəxsi məlumatlarını paylaşmasınlar!