Bakıda yol çöküb. Hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.
Bu haqda 20 noyabr tarixində Oxu.az xəbər verib.
Rayonun İnşaatçılar metro stansiyası yaxınlığında, Abbas Mirzə Şərifzadə 424A ünvanındakı yolun avtomobillər keçən hissəsində çökmə yaranıb.
Bu vəziyyət nəqliyyatın hərəkətinə mane olduğundan, problemin aradan qaldırılması üçün yolun həmin hissəsinə torpaq tökülüb.