Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu haqda 13 oktyabr tarixində Report xəbər verib.
Hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb. Tanıdığı şəxs tərəfindən bıçaqlanan 37 yaşlı Rəşad Nuriyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya aparılıb.
Ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.