Ötən gün axşam saatlarında Bakıda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Rayonun Əhməd Cəmil küçəsində “Mercedes” markalı avtomobillə Uber taksi xidməti ilə fəaliyyət göstərən “Toyota” markalı avtomobil toqquşub.
Hadisə zamanı xəsarət alan olmayıb, ancaq avtomobillərə ciddi ziyan dəyib.
Avtomobillərin yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün evakuator çağrılıb.