Yasamal rayonunda minik avtomobili yanıb. Bu haqda Bakuplus.az bu gün, 22 iyun tarixində Apa-ya istinadən xəbər verir.
Alışma “VAZ” markalı nəqliyyat vasitəsində başlayıb. Nəticədə maşının mühərrik hissəsi yanıb. Avtomobilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.