Bakı sakini Hacıqabulda mağazadan oğurluq edib. Bu haqda 6 may tarixində Report məlumat verib.
Muğan qəsəbəsindəki mağazaların birindən 5000 manat pul və 500 manat dəyərində ərzaq məhsulları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Qəniyev və Gəncə şəhər sakini Hüseyn Nəcəfov müəyyən edilərək saxlanılıblar.
Məlum olub ki, onlar, aprelin 15-də Sabunçu rayonunun Zabrat qəsəbəsindən S.Zeynalova məxsus “VAZ-2106” markalı avtomobili qaçırlıblar.
Faktla bağı araşdırma davam edir.