Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 19 iyul tarixində xəbər verir.
Ötən gün saat 21:00 radələrində adıçəkilən qəsəbə ərazisində Bakı şəhər sakini E.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Xəlilverdi Namazovu vurub.
Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.