Bakıda saxta pul təqdim edən şəxs saxlanılıb. Hadisə Nizami rayonunda baş verib. Bu haqda Report 6 yanvar tarixində xəbər verib.
Yanvarın 4-də Babək prospektində yerləşən yanacaqdoldurma məntəqələrinin birinə 200 manatlıq saxta əsginas verməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Mikayılov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.