Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, oğurluq Nəsimi rayonu H.Seyidzadə küçəsində qeydə alınıb.
Sözügedən ərazidə yerləşən marketlərin birindən ödəmə terminalından pul vəsaitinin (məbləğ dəqiqləşdirilir) oğurlanması barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Heybətov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.