Bakıda ölkəyə qanunsuz keçən əcnəblilər saxlanılıblar. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Paytaxtda müxtəlif ünvanlarda yaşayan və Azərbaycanda yaşama hüququ olmayan 34 nəfər saxlanılıb. Həmçinin araşdırma zamanı müəyyən edilib ki, saxlanılanlardan 5 nəfər qeydiyyatsız yaşamaqla yanaşı, qanunsuz əmək fəaliyyəti ilə də məşğul olub.
Saxlanılan şəxslər Azərbaycandan tranzit kimi istifadə etməklə qeyri-leqal yollarla Avropa ölkələrinə getmək istəyiblər. Ancaq miqrantlar onlara bu vədi verən həmvətənləri tərəfindən aldadıldıqlarını iddia edirlər.
2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 161 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.