Abşeron magistral su kanalının Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsindən keçən hissəsində meyit tapılıb. Bu haqda bu gün, 26 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunublar. Cəsəd sudan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.