Paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində tələbə dənizdə boğulub. Bu haqda bu gün, 27 iyun tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
21 yaşlı Novruz Əhmədov dənizdə çimən zaman boğulub. Onun cəsədi aidiyyəti üzrə təhvil verilib. Gənc, Texniki Universitetin üçüncü kurs tələbəsi olub.
Araşdırmalar davam edir.