Sabunçu rayonunda avtomobil 47 yaşlı qadını vurub. Bu haqda 12 fevral tarixində Report məlumat verib.
Pirşağı qəsəbəsində yolu keçən Nərgiz Rufullayevanı avtomobil vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.